"Neftçi"nin rəqibi məğlubiyyətlə üzləşdi

"Neftçi"nin rəqibi məğlubiyyətlə üzləşdi
XƏBƏR 27 Noyabr 2012 / 01:47 1309
-  A +

Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibi olan "İnter" klubu İtaliya A Seriyasında XIV turun oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Milan təmsilçisi səfərdə "Parma" klubu ilə qarşılaşıb.

Görüşün taleyini bir qol həll edib. Meydan sahiblərinin matçın 75-ci dəqiqəsində vurduğu qol oyunda yeganə olub - 1:0.

Qeyd edək ki, "İnter" 14 turdan sonra 28 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


Son xəbərlər