Bekhem Premyer Liqaya qayıdır

Bekhem Premyer Liqaya qayıdır
XƏBƏR 26 Noyabr 2012 / 16:35 2161
-  A +

Amerikanın “Los-Anceles Qelaksi” klubundan ayrılacağı gözlənilən Devid Bekhem yenidən İngiltərəyə qayıdacağı iddia olunur.

Qol.Az-ın "The Sun" qəzetinə istinadən verdiyi məlumata görə, ingilis futbolçu ilə artıq "Vest Hem" və "Kvins Park Reyncers" klubları yaxından maraqlanır.

Karyerasını başa vurmaq haqda düşünmədiyini bildirən 37 yaşlı futbolçunun yenidən Premyer Liqada oynaması real görünür. Lakin daha öncə "Mançester Yunayted"in şərəfini qoruyan Bekhemin bu dəfə vətənində hansı komandaya keçəcəyi böyük maraq doğurur. 

Qeyd edək ki, 2007-ci ildən "Los Angeles Qalaksi"də çıxış edən Bekhem bu komandanın heyətində keçirdiyi 102 oyunda 18 qola imza atıb.


Son xəbərlər