"DÇ-2014"ün talismanının adı bəlli oldu

"DÇ-2014"ün talismanının adı bəlli oldu
XƏBƏR 26 Noyabr 2012 / 14:43 1661
-  A +

Braziliyada DÇ-2014-ün rəsmi talismanına ad seçmək üçün keçirilən üçaylıq səsvermə başa çatıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 1,7 milyondan çox şəxs Fuleco™ adına səs verib ki, bu da sorğuya qatılanların 48 faizini təşkil edir.
 
Digər iki ad Zuzeco və Amijubi isə, müvafiq olaraq, 31 % və 21 % səs qazanıb. Fuleco adının "futbol" və "ekologiya" sözlərindən yarandığını da xatırladaq. Braziliyalılar arasında keçirilən sorğuya əsasən ictimaiyyətə açıqlandığı andan bugünədək ölkə turuna çıxan Fuleconu artıq yerli əhalinin 89 %-i tanıyır. Braziliyalılar tərəfindən bəslənən rəğbətə görə isə Fuleco 10 üzərindən 7.3 qiyməti alıb.
 
Fuleco Rəsmi Maskotu çempionatın ən nüfuzlu səfiri kimi, ətraf mühit məsələlərinə diqqəti çəkməkdə əhəmiyyətli rol oynayacaq.

Son xəbərlər
topaz banner