Azərbaycan Premyer Liqasının XIV turunda “Rəvan”ın qonağı olan “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakıdakı oyunda qazanılan qələbə ardıcıl 4-cü olub.
Belə ki, oktyabrın 31-də səfərdə “Qarabağ”ı, noyabrın 3-də evdə “Neftçi”ni eyni - 2:1 hesabı ilə yenən Ramiz Məmmədovun komandası ötən tur qələbə seriyasını 3-ə çatdırmışdı. Bu, noyabrın 19-da “Kəpəz”lə ev oyunundakı 2:0 hesablı qələbə sayəsində mümkün olmuşdu.
Bu dəfə isə “Rəvan”ı udan “Qəbələ” uğurlu seriyasını 4-ə çatdırıb. Oktyabrın 27-də öz meydanında “Turan”a 0:1 hesabı ilə uduzduqdan sonra xal itirməyən komanda rekorda imza atıb.
Belə ki, 2006/07 mövsümündən başlayaraq Premyer Liqada çıxış edən “Qəbələ” indiyədək belə qələbə seriyasına malik olmayıb. Güclülər sırasında 7-ci mövsümünü keçirən komanda bu müddətdə 71-ci qələbəsini qazanıb. Lakin heç vaxt bu uğurlardan 4-ü ard-arda olmamışdı.
İndiyədək klub tarixinin Premyer Liqadakı rekordu ardıcıl 3 qələbə idi. Belə seriyalar 6 ildən artıq müddətdə 5 dəfə qeydə alınmışdı. 3 dəfə məğlubiyyət, 2 dəfə isə heç-heçə qələbə seriyasını dayandırmışdı.
2007/08 mövsümündə ABN və “Turan”ı eyni – 2:1, “Gənclərbirliyi”ni 6:0 hesabı ilə məğlub edən Ramiz Məmmədovun başçılıq etdiyi komanda “Masallı”ya 0:1 hesabı ilə uduzaraq seriyasını 4-ə çatdırmamışdı.
2009/10 mövsümündə isə "Qəbələ" “Olimpik”i 2:1, “Neftçi” və “Turan”ı isə eyni 1:0 hesabı ilə məğlub edərək 3 qələbəni sıralamışdı. Lakin 3 il əvvəl “Qəbələ”ni “Bakı” dayandırmışdı – 0:2.
Toni Adamsın komandada debüt etdiyi – 2010/11 mövsümündə 2 belə seriya olmuşdu. “Qarabağ”ı 2:1, “Simurq”la “Muğan”ı eyni – 2:0 hesabı ilə yendikdən sonra AZAL məğlub edilməmişdi – 0:0. II dövrədə “Simurq” 4, MOİK 3, “Turan” 1 cavabsız qolla məğlub edildikdən sonra yenə qələbə seriyasını AZAL heç-heçə ilə qırmışdı – 2:2.
Ötən mövsüm Fatih Kavlakın rəhbərliyi altında da 1 3 qələbəlik seriya qeydə alınıb. “Simurq” 1:0, “Xəzər Lənkəran” 2:1 və “Rəvan” 4:0 hesabı ilə məğlub edildikdən sonra “Qəbələ” “Kəpəz”lə qarşılaşmada seriyasını uzada bilməmişdi – 2:3.
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir