“İnter”: Qəbələdən Zaqatalayadək

XƏBƏR 26 Noyabr 2012 / 11:30 1508
-  A +

Bakının “İnter” klubunun Premyer Liqasdakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Sonuncu dəfə avqustun 10-da baş tutan II turun “Qəbələ” ilə səfər oyununda uduzan Kaxaber Sxadadzenin yetirmələri bu dəfə “Simurq”la Zaqataladakı qarşılaşmada uduzub.

Hər 2 səfər məğlubiyyəti 0:1 hesabı ilə olan bakılılar 10 matç uduzmadıqdan sonra xalsız qalıb. Bu isə mövsümün rekordudur. 106 gündən sonra meydanı məğlub tərk edən “İnter” XIV turda uduzduğu “Simurq”un rekordunu qırmışdı. Zaqatalalılar 8 oyun uduzmadıqdan sonra məhz “İnter”lə oyunda dayanmışdısa, indi də rəqibini saxladı. Bu həm də “Simurq”un “İnter” üzərində ölkə çempionatları tarixində ilk qələbəsi oldu.

Qeyd edək ki, mövsümün 3-cü məğlubiyyətsiz oyunlar seriyası AZAL-a məxsusdur – 6 matç.

Mənbə: pfl.az


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner