Karateçimiz dünya ikincisi oldu

Karateçimiz dünya ikincisi oldu
XƏBƏR 25 Noyabr 2012 / 01:40 1441
-  A +

Fransanın paytaxtı Parisdə keçirilən karate üzrə dünya çempionatında türk finalı yaşanıb.

Qol.Az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, 84 kq çəki dərəcəsində təmsilçimiz Şahin Atamov həlledici görüşdə türkiyəli Enes Erkanla üz-üzə gəlib.

Görüşün 38-ci saniyəsində yuko fənni ilə hesabda önə keçən türk idmançısı üstünlüyünü əldən verməyib. Döyüşün sonlarına doğru daha iki xal qazanan Erkan görüşdən qalib ayrılaraq qızıl medala sahib çıxıb - 3:0. Karateçimiz Şahin isə yarışda gümüş medalla kifayətlənməli olub.


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner