"Qəbələ" "Rəvan"la oyuna hazırlaşır

"Qəbələ" "Rəvan"la oyuna hazırlaşır
XƏBƏR 23 Noyabr 2012 / 12:57 1153
-  A +

Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində səfərdə "Rəvan"la qarşılaşacaq "Qəbələ" bu matçın hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, heyətində Vurğun Hüseynov xaricində zədəli və cəzalı futbolçu olmayan komandanın düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürür.

"Qəbələ" bu gün səhər məşqinin ardından paytaxta yola düşüb.

Qeyd edək ki, "Rəvan" - "Qəbələ" matçı noyabrın 25-də, saat 18:00-da başlayacaq.


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner