“Xəzər Lənkəran” Premyer Liqasda XIV turun matçını da səfərdə keçirəcək. Ardıcıl 2-ci dəfə rəqib meydanına çıxacaq Karles Martorellin komandası bu dəfə Gəncədə “Kəpəz”in qonağı olacaq. Gəncədəki qarşılaşma rəqiblər arasında 10-cu – yubiley matçı olacaq.
İndiyədək baş tutan 9 qarşılaşmanın hamısı çempionat çərçivəsində olub və komandamız cəmi 2 dəfə xal itkisi ilə üzləşib. 1 heç-heçə və 1 məğlubiyyətə üzülən “Xəzər Lənkəran” 7 dəfə “Kəpəz”i məğlub edib. Bu matçlarda 17 qol vuran komanda öz qapısında 7 qol görüb.
Rəqiblər arasında ilk duel "Xəzər Lənkəran"ın yarandığı 2004-cü ilə təsadüf edib. 2004/05 mövsümündə hər 2 matçda quru qələbə qazanan “Xəzər Lənkəran” Gəncədəki qələbə ilə “Qızıl oyun”a vəsiqə qazanıb ilk medalını – gümüşü təmin etmişdi. Klub tarixinə ən uğursuz mövsüm kimi düşən 2005/06 mövsümündə də “Kəpəz”lə 2 oyun baş tutub. Həmin vaxt “Xəzər Lənkəran” evdəki matçda ilk dəfə gəncəlilərdən qol buraxıb və ilk dəfə xal itirib.
Həmin ilklər ev oyunları üçün yeganə olaraq qalır. Belə ki, Lənkərandakı qarşılaşmalarda 4 qələbəsi olan “Xəzər Lənkəran” öz meydanında yalnız 7 il əvvəl “Kəpəz”ə xal verib. Bu matçlardakı top fərqi isə 9:1-dir.
2006-cı ildə “Kəpəz” fəaliyyətini dayandırıb yenidən bərpa olunduğu üçün qərblilərlə növbəti duel 2010-cu ildə baş tutdu. Bundan sonrakı ilk matçda – Gəncədə gözlənilmədən böyük hesabla uduzan "Xəzər Lənkəran" 1-ci və sonuncu dəfə xalsız qaldı. Bundan sonra Kəpəz“ üzərində ardıcı 4 qələbə qazanan “Xəzər Lənkəran” son 2 dueldə eyni sayda - 4 qol vurub. Maraqlıdır ki, bu görüşlərin hər ikisində “Xəzər Lənkəran”ın qollarını 4 müxtəlif oyunçu vurub.
Əvvəl səfərdə, sonra evdə böyük hesablı qələbəyə sevinən cənublular rəqib meydanındakı 4 qarşılaşmada 3 qələbə qazanıb və yalnız 1 dəfə uduzub. Gəncədəki oyunlarda top fərqində üstünlük qonaqların tərəfindədir - 8:6.
Mənbə: "Xəzər Lənkəran"ın rəsmi saytı
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir