Ronaldo: "Yenidən Çempionlar Liqasını qazanmaq istəyirəm"

Ronaldo: "Yenidən Çempionlar Liqasını qazanmaq istəyirəm"
XƏBƏR 22 Noyabr 2012 / 03:14 2309
-  A +

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo iddialı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "Marca" qəzetinə danışan portuqaliyalı ulduz yenidən Çempionlar Liqasını qazanmaq istədiyini bildirib:

"La Liqa dünyanın ən yaxşı komandalarının və futbolçularının çıxış etdiyi çempionatdır. Lakin daha çox Çempionlar Liqasını qazanmaq istəyirəm. 2008-ci ildə buna nail olmuşdum. Xəyalım bu dəfə Çempionlar Liqasını "Real"la qazanmaqdır. Komandada hər kəs 10-cu dəfə ÇL-i qazanmağa köklənib. Bunu bacaracağımıza inanıram".

Qeyd edək ki, Ronaldo 2008-ci ildə "Mançester Yunayted"in heyətində finalda "Çelsi"ni məğlub etməklə ÇL-i qazanmışdı.


Son xəbərlər