“Bakı” uşaq futbolçularına xarici dillər öyrədəcək

XƏBƏR 21 Noyabr 2012 / 23:49 1310
-  A +

“Bakı” futbol klubu aşağı yaş qrupunda oynayan futbolçular üçün xarici dil kursları açır.

Qol.Az-ın məlumatına görə, bu haqda klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nəriman Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, kurslarda alman, fransız və ingilis dili öyrədiləcək. Artıq gələn həftədən uşaq futbolçular kurslarda iştirak etməyə başlayacaqlar.

“Kursları futbol terminologiyasına bələd olan müəllimlər tərəfindən aparılacaq” – deyə o qeyd edib.


Son xəbərlər