"Partizan"ın futbolçusu: "Serbiyada olanları xatırlamaq istəmirəm"

"Partizan"ın futbolçusu: "Serbiyada olanları xatırlamaq istəmirəm"
XƏBƏR 21 Noyabr 2012 / 20:52 1923
-  A +

“Sabah hər şeyin qaydasında olacağına ümidliyəm. Serbiyada keçirilən oyunda "Neftçi”nin qapıçısı Saşa Stamenkoviçlə aramızda insident yaşanmışdı. Bunun təkrarlanacağına inanmıram. Həmin matçda olanları xatırlamaq fikrim yoxdur. Serbiyadakı oyunun ətrafında təzyiqlər çox idi".

Qol.Az-ın məlumatına görə, bu sözləri sabah Avroliqanın qrup mərhələsi çərçivəsində “Neftçi”nin qonağı olacaq “Partizan” klubunun futbolçusu Aleksandr Mitroviç deyib.

Mitroviç matça yaxşı hazırlaşdıqlarını və qələbə qazanacaqlarına inandıqlarını bildirib.


Son xəbərlər