Kanales: “Partizan”ı “Sumqayıt"la müqayisə etmək düzgün deyil”

XƏBƏR 21 Noyabr 2012 / 18:45 1796
-  A +

“Qol vuracağıma söz vermək çox çətindir. Amma deyə bilərəm ki, maksimum gücümüzü sərf edəcəyik. Əsas odur ki, qələbə qazanaq. Mənim qol vurmağım önəmli deyil”.

Qol.Az-ın məlumatına görə, bu sözləri sabah Avropa Liqasının qrup mərhələsində “Partizan”la keçiricəkləri oyunla bağlı bu gün təşkil olunan mətbuat konfransında “Neftçi”nin hücumçusu Nikolas Kanales deyib.

O qeyd edib ki, bu oyun "Sumqayıt"la matçdan fərqli olacaq: “"Rubin"i, "Partizan"ı "Sumqayıt"la müqayisə etmək düzgün deyil. Amma çalışacağıq ki, burada qələbə qazanaq”.


Son xəbərlər
topaz banner