UEFA "Hapoel" - "Atletik" matçını təxirə saldı

UEFA "Hapoel" - "Atletik" matçını təxirə saldı
XƏBƏR 21 Noyabr 2012 / 18:14 1996
-  A +

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilməli olan "Hapoel" (Kiryat Şmona) - "Atletik" (Bilbao) matçı təxirə salınıb.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna İsraildə partlayışın baş verməsi səbəb olub.

Bu gün səhər İsrailin paytaxtı Təl-Əvivdə bir avtobus terminalında güclü partlayış baş verib. İspaniya təmsilçi İsraildə təhlükəsizliyin istənilən səviyyədə olmaması səbəbindən adı çəkilən ölkəyə getməkdən imtina edib. Belədə UEFA da bu matçın təxirə salındığını açıqlayıb.

Qeyd edək ki, "Hapoel" - "Atletik" matçının hansı tarixə salınacağı hələlik bəlli deyil. Bu, daha çox İsraildəki ictimai-siyasi vəziyyətin sabitləşməsindən asılı olacaq.


Son xəbərlər