Bu il Superkubok uğrunda oyun keçirilməyəcək

XƏBƏR 27 May 2009 / 12:34 2528
-  A +

Böyük ehtimalla bu il Azərbaycanda ölkə çempionu  ilə ölkə kubokunun qalibi arasında Superkubok uğrunda matç keçirilməyəcək. Bunu Qol.Az-a PFL-in texniki idman şöbəsinin rəisi Məlik Həsənov deyib. Səbəb milli komandamızın avqusta Almaniya millisi ilə Bakıda dünya çempionatının seçmə mərhələ oyunu çərçivəsində qarşılaşmasıdır: “Bu məsələ hələ tam dəqiqləşməyib. Ona görə də əminliklə deyə bilmərəm ki, bu mövsüm Superkubok oyunu keçiriləcək, ya yox. Böyük ehtimalla keçirilməyəcək. Bildiyiniz kimi, bu il 4 klubumuz avrokuboklarda çıxış edəcək. Həmin turnirlərin formatı da dəyişdirilib. Ən əsası, avqust ayında milli komandamızın Almaniya millisi ilə beynəlxalq oyunu var. Həmin ərəfələrdə bütün diqqətlər və planlar o qarşılaşmaya yönələcək. Belə bir vəziyyətdə isə Superkubok matçının baş tutması çətin görsənir”.

 


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner