Rafael Benitez "Çelsi"ni çalışdıra bilər

Rafael Benitez "Çelsi"ni çalışdıra bilər
XƏBƏR 21 Noyabr 2012 / 14:27 1759
-  A +

Roberto Di Matteo ilə yollarını ayıran "Çelsi" klubunu Rafael Benitezin çalışdıracağı iddia olunur.

Qol.Az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, London təmsilçisinin ispaniyalı mütəxəssislə razılığa gəldiyi bildirilir.
 
Rəhbərlik Premyer Liqanın 13-cü turu çərçivəsində qarşılaşacaqları "Mançester Siti" ilə oyuna qədər yeni baş məşqçini ictimaiyyətə təqdim etməyi planlaşdırır. 52 yaşlı mütəxəssisin "Çelsi" ilə anlaşacağı təqdirdə ilk sınağı məhz "Mançester Siti"yə qarşı olacaq.

Qeyd edək ki, Benitez daha öncə "Valensiya", "Liverpul" və "İnter" klublarını çalışdırıb.
 


Son xəbərlər