"Azərreyl" Polşa klubuna uduzdu

"Azərreyl" Polşa klubuna uduzdu
XƏBƏR 21 Noyabr 2012 / 00:22 1577
-  A +

Qadın voleybolçular arasında Çempionlar Liqasında II dövrənin oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, D qrupunda mübarizə aparan "Azərreyl" klubu qrupda növbəti matçına çıxıb.

Polşada “Tauron”un qonağı olan “Azərreyl” görüşdən məğlub ayrılıb. İlk iki setdə qələbə qazanan komandamız bu üstünlüyünü qoruya bilməyib. Hesabı bərabərləşdirən meydan sahibləri tay-brekdə daha üstün olublar - 3:2.

Qeyd edək ki, "Azərreyl" bu nəticədən sonra 7 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.


 


20 noyabr

D qrupu

“Tauron” (Polşa) - “Azərreyl” (Azərbaycan) - 3:2 (18:25; 20:25; 25:10; 25:23; 15:12)


Son xəbərlər