Azərbaycanlı futbolçu “Barselona”yla oyunda iştirak edə bilər

Azərbaycanlı futbolçu “Barselona”yla oyunda iştirak edə bilər
XƏBƏR 20 Noyabr 2012 / 20:08 3489
-  A +

Moskvanın “Spartak” klubunun azərbaycanlı futbolçusu Emin Mahmudov bu gün Çempionlar Liqasının qrup mərhələsində “Barselona”ya qarşı keçiriləcək oyunda iştirak edə bilər.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, Moskvada saat 21.00-da başlanacaq görüşdə Eminin adı əsas heyətdə olmasa da, “18”liyə salınıb.

Bu mənada, oyunun gedişatından asılı olaraq, baş məşqçi Unai Emeri azərbaycanlı futbolçunu meydana daxil edə bilər.


Son xəbərlər