"Arsenal" Teo Uolkotla razılığa gəldi

"Arsenal" Teo Uolkotla razılığa gəldi
XƏBƏR 20 Noyabr 2012 / 16:34 1784
-  A +

"Arsenal" klubunun rəhbərliyi gənc futbolçu Teo Uolkotu komandada saxlamaqda israrlıdır.

Qol.Az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, rəhbərlik 23 yaşlı futbolçuya yeni müqavilə təklif edib.

Daha öncə "Arsenal"dan ayrılacağını açıqlayan Uolkot "topçular"la razılığa gəlib. Gənc oyunçu ilə yaxın vaxtlarda yeni müqavilə imzalanacaq. Uolkot "Arsenal"da çıxış edəcəyi növbəti illərdə həftəsinə 90 min funt-sterlinq qazanacaq.

Qeyd edək ki, Uolkotun "Arsenal"la müqaviləsi 2013-cü ilin mayında başa çatacaq. 


Son xəbərlər
topaz banner