“Neftçi” və “Xəzər-Lənkəran” Hatəmiylə maraqlanır

XƏBƏR 26 May 2009 / 20:53 2277
-  A +

Son mövsümü “Qəbələ”də keçirən və gözəl oyunu ilə hətta milli komandamızın baş məşqçisi Berti Foqtsun da diqqətini cəlb edən Fərzad Hatəminin klubu ilə müqaviləsi başa çatıb. Qol.Az-ın məlumatına görə, “Qəbələ” Hatəmiylə yeni sözləşmə imzalamaq istəsə də, hücumçu iddialı klublara keçmək istəyir. Hətta “Xəzər-Lənkəran” və “Neftçi”nin Hatəmi ilə yaxından maraqlandığı barədə də məlumatlar yayılıb. Hər iki klub əslən cənubi Azərbaycandan olan hücumçunun xidmətində maraqlıdırlar. Lakin Fərzad hələ ki seçim etməyə tələsmir.     


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner