"Neftçi"nin rəqibindən növbəti xal itkisi

"Neftçi"nin rəqibindən növbəti xal itkisi
XƏBƏR 19 Noyabr 2012 / 02:11 1326
-  A +

Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibi olan "İnter" klubu İtaliya A Seriyasında XIII turun oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Milan təmsilçisi doğma meydanda "Kalyari" klubu ilə qarşılaşıb.

Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə iki dəfə fərqlənən komandalar oyundan 1 xalla ayrılblar - 2:2.

Qeyd edək ki, "İnter" XIII turdan sonra 28 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


Son xəbərlər