Milli komandamız Kayseridə məşqlərə başlayıb

XƏBƏR 26 May 2009 / 18:34 2451
-  A +

Dünən Türkiyəyə yollanan milli komandamız bu gündən etibarən hazırlığa başlayıb. Qol.Az-ın məlumatına görə, “Hilton Otel”də məskunlaşan millimizin üzvləri məşqlərini “Kayserispor”un bazasında keçir. Bu gün Bakı vaxtıyla saat 12:00-da millimiz Kayseridə ilk məşqinə çıxıb. İlk məşq olduğundan, məşqçilər korpusu futbolçuları çox yormamaq qərarına gəliblər. Hazırlıq prosesi təxminən 1 saatdan bir qədər artıq çəkib. Komandamızın Kayseridəki ikinci məşqi isə Bakı vaxtıyla saat 19:00-da nəzərdə tutulub.


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner