Yeni idman qəzeti fəaliyyətə başladı

XƏBƏR 18 Noyabr 2012 / 12:50 12361
-  A +

İdman mətbuatının sıralarına daha bir qəzet qoşuldu.

Söhbət, artıq bu gün ikinci sayı işıq üzü görən "Het-trik news"dan gedir. Qəzetin təsisçisi və baş redaktoru uzun illərdir "525-ci qəzet"də fəaliyyət göstərən jurnalist İlqar Tağıyevdir.

Qəzetin budəfəki sayında maraqlı müsahibələr, eksklüziv xəbərlər, "Bakı", milli komandamız haqda müəllif yazıları və digər maraqlı məlumatlar yer alıb.

Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner