Böyükağa Hacıyev tribunaya göndərildi

XƏBƏR 17 Noyabr 2012 / 15:38 2894
-  A +

Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində hazırda davam edən "Neftçi" - "Sumqayıt" matçında meydan sahiblərinin baş məşqçisi Böyükağa Hacıyev diqqət mərkəzinə düşüb.

Qol.Az-ın məlumatına görə, matçın baş hakimi Elvin Əsgərov B.Hacıyevi tribunaya göndərib.

Buna səbəb kimi isə təcrübəli mütəxəssisin hakimin qərarına kəskin etiraz etməsi göstərilir. Matçın 35-ci dəqiqəsində "Neftçi"nin hücumu zamanı offsayd qeydə alan referi Böyükağa Hacıyevin kəskin etirazını cəzasız qoymayaraq onu texniki zonadan qovub.

Qeyd edək ki, matçın 35-ci dəqiqəsinə qədər hesab 4:1 hesabı ilə "Neftçi"nin xeyrinə idi.


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner