"Partizan" Bakıya nə vaxt gələcək?

"Partizan" Bakıya nə vaxt gələcək?
XƏBƏR 17 Noyabr 2012 / 13:52 1830
-  A +

Avroliqanın qruq mərhələsi çərçivəsində noyabrın 22-də Bakıda "Neftçi"nin qonağı olacaq "Partizan" klubunun ölkəmizə gələcəyi tarix bəlli olub.

Qol.Az-ın Serbiya mətbuatına istinadən verdiyi məlumata görə, Belqrad təmsilçisi paytaxtımıza noyabrın 21-də təşrif buyuracaq.

Həmin gün axşam mətbuat konfransı keçirəcək "Partizan"ın baş məşqçisi ardından komandasını Tofiq Bəhramov stadionunda məşqə çıxardacaq.

Qeyd edək ki, "Neftçi" - "Partizan" matçı noyabrın 22-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner