"Bavariya"nın futbolçusu "Dinamo" yolunda

"Bavariya"nın futbolçusu "Dinamo" yolunda
XƏBƏR 16 Noyabr 2012 / 00:46 1921
-  A +

"Bavariya" klubunun yarımmüdafiəçisi Anatoli Timoşşuk karyerasını vətəni - Ukraynada davam etdirə bilər.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, 33 yaşlı futbolçunun "Dinamo" (Kiyev) klubuna keçəcəyi iddia olunur.

Münhen təmsilçisinin "Atletik" (Bilbao) klubundan Xavi Martinezi transfer etməsi Timoşşukun əsas heyətdəki yerini sual altına alır. Məhz bu səbəbdən də ukraynalı futbolçu "Dinamo" ilə danışıqlara başlayıb. 

Qeyd edək ki, Timoşşuk daha öncə Ukraynanın "Şaxtyor" (Donetsk) klubunda çıxış edib.


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner