Buffon "Yuventus"la yeni müqavilə imzalayacaq

Buffon "Yuventus"la yeni müqavilə imzalayacaq
XƏBƏR 14 Noyabr 2012 / 17:15 1349
-  A +

"Yuventus" klubunun qapıçısı Canluici Buffon komandası ilə gələn həftə yeni müqavilə imzalayacaq.

Qol.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, Buffon 2016-cı ilə qədər "Yuventus"un şərəfini qoruyacaq.

Artıq 34 yaşlı qapıçının "Yuventus"da illik qazancı da müəyyənləşib. Buffon "Yuventus"da çıxış edəcəyi növbəti 4 ilinə 4,5 milyon avro qazanacaq.

Qeyd edək ki, Buffon 2001-ci ildən "Yuventus"da çıxış edən Buffon bu komandanın heyətində 333 oyun keçirib.

 


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner