"Sumqayıt" "Neftçi" ilə oyunun hazırlıqlarını davam etdirir

"Sumqayıt" "Neftçi" ilə oyunun hazırlıqlarını davam etdirir
XƏBƏR 14 Noyabr 2012 / 13:19 1372
-  A +

Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” klubu hazırlığını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda dünən “Dalğa Arena”da növbəti məşqinə çıxıb.

Heyətdə zədəli futbolçu yer almır. “Sumqayıt” Bernhard Raabın rəhbərliyi altında bu gün saat 14:00-da Bayıl stadionunda növbəti məşqinə çıxacaq.

Qeyd edək ki, A milli komandanın heyətində yer alan Səlahət Ağayev və Uğur Pamuk, U-21-lə Moldovada olan Slavik Alxasov və “Portu”nun düşərgəsində baxışda olan Orxan Əliyev hazırlıq prosesinə nisbətən gec qatılacaqlar.

 


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner