Şimali İrlandiya millisi ciddi itki ilə üzləşdi

XƏBƏR 10 Noyabr 2012 / 03:19 1913
-  A +

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində noyabrın 14-də evdə millimizi qəbul edəcək Şimali İrlandiya yığması ciddi itki ilə üzləşib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Şimali İrlandiyanın hücumçusu Ceymi Uordd zədələnərək sıradan çıxıb.

Dizindən zədə alan "Derbi" klubunun futbolçusu millimizlə görüşü buraxmalı olacaq.

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu noyabrın 14-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner