“Xəzər Lənkəran” hazırlığa iyunun sonunda başlayacaq

“Xəzər Lənkəran” hazırlığa iyunun sonunda başlayacaq
XƏBƏR 25 May 2009 / 17:50 2237
-  A +

Avrokuboklara vəsiqə qazanmaq şansını itirən “Xəzər Lənkəran”ın düşərgəsində yeni mövsümün planları cızılmağa başlayıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, baş məşqçi İqor Ponomaryov komandanın avrokuboklardan kənarda qalmasından sonra futbolçuların məzuniyyət müddətini artırıb. Komanda bir araya iyunun 28-29-da gələcək. Türkiyədə keçiriləcək ilk təlim-məşq toplanışı iki həftə sürəcək və komanda iyulun 12-də Azərbaycana dönəcək. Bir neçə gün dincəldikdən sonra “Xəzər Lənkəran” yenə xaricə yollanacaq. Hələlik iyulun 20-si avqustun 2-si aralığına təyin edilən ikinci təlim-məşq toplanışının harada keçiriləcəyi məlum deyil.
 
     

Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner