Bu gün futzal üzrə ölkə çempionatının güclülər dəstəsinin mükafatçılarının təltifolunma mərasimi keçirilib. Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Deoartamentindən verilən məlumata görə, Bakı İdman Sarayında təşkil olunan tədbirdə AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, assosiasiyanın baş katibi Elxan Məmmədov, Futzal Federasiyasının prezidenti Zaur Axundov, “Neftçi” İSM-in icraçı-direktoru Sadıq Sadıqov iştirak ediblər. Qalibləri təbrik edən AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev son vaxtlar ölkə futbolunun inkişafı istiqamətində görülən işlərdən danışıb və futzalçılarımızın nailiyyətlərinin davam edəcəyinə inandığını deyib. Daha sonra ölkə çempionatını “ilk 3-lük”də başa vurmuş komandalar öz medallarını alıblar. “Araz”a qızıl, “Neftçi”yə gümüş, “Azmetko”ya isə bürünc medallar və diplomlar təqdim edilib. Oyunları idarə edən hakimləri, eləcə də matçlar zamanı zədələnən futzalçılara ilk tibbi yardım göstərən Esmiralda Ələkbərovanı, oyunların katibi Abbaz Əzimovu da mükafatlandıran Futzal federasiyası bir neçə nominasiya üzrə mövsümün ən yaxşılarını da seçməyi yaddan çıxarmayıb. Beləliklə, mövsümün ən yaxşı məşqçisi “Azmetko”nun çalışdırıcısı İlqar Aslanov, ən yaxşı oyunçusu Maşado Nilson dos Santos, qapıçısı “Neftçi”nin qolkiperi Ramin Həsənzadə, sərrast futzalçısı isə çempionatın bombardiri Radiq Əhmədov seçilib. “Ekol”un şərəfini qoruyan Radiq Əhmədov mövsüm ərzində 35 qol vurub.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video
2-ci liqada 2 oyun
Zeedorf bu klubun baş məşqçisi oldu
Renatın komandası qələbəni əldən verdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”