"Barselona" klubu yarımmüdafiəçisi Xavi Hernandezlə müqavilə yeniləməyi planlaşdırır.
Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi Xavi ilə iki illik müqavilə imzalamaq niyyətindədir.
"Barselona" ilə müqaviləsi 2014-cü ildə başa çatacaq 32 yaşlı futbolçu gələn həftə danışıq masası arxasına əyləşəcək. Təcrübəli futbolçu daha öncə verdiyi açıqlamada karyerasını "Barselona"da bitirmək istədiyini bildirmişdi.
Qeyd edək ki, 1998-ci ildən "Barselona"nın şərəfini qoruyan Xavi keçirdiyi 424 oyunda 50 dəfə rəqib qapılarına yol tapıb.
Osimhen əməliyyat olundu
Tudoru o əvəzləyə bilər
Qrizmann bu kluba keçir
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər