Bokketti və Ryazantsev “Neftçi”yə qarşı oynamayacaq

XƏBƏR 7 Noyabr 2012 / 18:04 1747
-  A +

“Rubin”in müdafiəçisi Salvatore Bokketti və yarımmüdafiəçisi Aleksandr Ryazantsev sabah Avropa Liqasının qrup mərhələsində “Nefçi”yə qarşı keçiriləcək matçda iştirak edə bilməyəcək.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda Kazan klubunun baş məşqçisi Qurban Berdıyev məlumat verib. Onun sözlərinə görə, hər iki futbolçu zədəsi səbəbindən Bakıdakı görüşə aparılmayıb.

Bundan başqa, digər yarımüdafiəçi Roman Yeremenkonun da Azərbaycan təmsilçisinə qarşı görüşdə iştirakı sual altındadır. Buna baxmayaraq, o, “Rubin”lə birgə Bakıya gəlib.

 


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner