Azərbaycan Premyer Liqasının XII turunda “Rəvan”ı 4:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” mövsümdə 2-ci dəfə böyükhesablı qələbə qazanıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, II turun “Kəpəz”lə avqustun 10-dakı qarşılaşmada da qonaqları 4 cavabsız qolla keçən komanda 86 gündən sonra eyni uğuru təkrarlayıb.
Bu dəfəki darmadağın komanda tarixində yubiley - 50-ci qələbədir. “Xəzər Lənkəran”ın tarixində ölkə çempionatında 38 böyükhesablı qələbə var. Premyer Liqada çıxış etdiyi 9 mövsüm ərzində “Xəzər Lənkəran” hər çempionatda ən azı 1 dəfə buna nail olub: 2004/05 – 8, 2005/06 – 1, 2006/07 – 6, 2007/08 – 5, 2008/09 – 5, 2009/10 – 4, 2010/11 – 2, 2011/12 – 5, 2012/13 – 2.
Azərbaycan kubokunda isə 2004/05, 2009/10 və 2010/11 mövsümlərində darmadağın sevinci yaşanmayıb. Əvəzində bu yarışda da 11 darmadağın qeydə alınıb: 2005/06 – 2, 2006/07 – 3, 2007/08 – 3, 2008/09 – 2, 2011/12 – 1.
Komandanın daha bir darmadağını 2008-ci ildə keçirilən “Birlik kuboku”nda - Litva çempionu “Kaunas”la matçda qeydə alınıb – 3:0.
İndiyədək 26 rəqibini böyük hesabla məğlub edən “Xəzər Lənkəran” tarixində ilk dəfə “Rəvan” üzərində belə qalibiyyət əldə edib. Darmadağın edilən 27-ci rəqiblə əvvəlki 3 matç heç-heçə başa çatmışdı: “Gənclərbirliyi” – 6, “Bakı”, “Bakılı”, MOİK, “Muğan”, “Qəbələ” , “Qarabağ” – hərəsi 3, AZAL, “Masallı”, “Şahdağ”, “Şərur”, “Turan” , “Kəpəz” – hərəsi 2, ABN, “Ədliyyə”, “Göyəzən”, “Karat”, “İnter-2”, “Karvan”, “MKT-Araz”, “Qaradağ-Lökbatan”, “Şəmkir”, “Simurq”, “Standard”, “Sumqayıt”, “Kaunas” (Litva), “Rəvan” – hərəsi 1.
“Xəzər Lənkəran”ı baş məşqçi əvəzi kimi meydana çıxaran Emin Quliyev komandanın “sükanı arxasında” darmadağına sevinən 9-cu çalışdırıcı olub: Ağasəlim Mircavadov - 22 (çempionatda 16 + kubokda 5 + “Birlik kuboku”nda 1), Rasim Kara – 12 (10+2), Mirça Rednik – 4 (3+1), İqor Ponomaryov, Cüneyt Biçer – hər ikisi 3 (3+0), Yunis Hüseynov – 2 (2-0), Nazim Süleymanov – 2 (0+2), Viktor Pasulko, Emin Quliyev – hər ikisi 1 (1+0).
Ümumilikdə isə tarixində 50 böyük hesablı qələbəsi olan komanda 27 dəfə elə 3 top fərqi ilə qalib gəlib. 23 dəfə isə fərq 4 və ya daha çox olub.
Həyat yoldaşı vəfat etdi
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə