Van der Sar yenidən "Ayaks"a qayıtdı

Van der Sar yenidən "Ayaks"a qayıtdı
XƏBƏR 7 Noyabr 2012 / 01:19 2050
-  A +

Hollandiyanın əfsanəvi qapıçılarından olan Edvin Van der Sar özünə yeni iş yeri tapıb.

Qol.Az-ın "De Telegraaf"a istinadən verdiyi məlumata görə, ötən mövsüm futbolçu karyerasını başa vuran Van der Sar yenidən "Ayaks"a qayıdıb.

"Mançester Yunayted"in sabiq qolkiperi Amsterdam təmsilçisinin baş direktoru təyin olunub. 42 yaşlı Van der Sar vəzifəsinin icrasına gələn həftədən başlayacaq.

Qeyd edək ki, Van der Sar 1990-1999-cu illərdə "Ayaks"ın şərəfini qoruyub.


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?