AFFA-dan Ramiz Məmmədova cəza

XƏBƏR 6 Noyabr 2012 / 12:46 1701
-  A +

AFFA İntizam Komitəsi "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədova bir oyunluq cəza təyin edib.

Qol.Az-ın məlumatına görə, buna Premyer Liqanın XI turunun “Qəbələ” – “Neftçi” matçının 89-cu dəqiqəsində Ramiz Məmmədovun texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılması səbəb olub.

İntizam Komitəsi bu səbəbdən "Qəbələ" klubunu min manat məbləğində cərimə edib.

Son xəbərlər