“Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev futbol üzrə Rusiya Premyer Liqasının 14-cü turunda “Mordoviya”nı 3:1 hesabı ilə yendikləri görüşdə 5 əsas heyət oyunçusunun xidmətindən yararlanmayıb.
Saranskdakı qarşılaşmaya Gökdəniz Karadəniz, Salvatore Boketti, Karlos Eduardo, Roman və Aleksey Yeryomenko qardaşları aparılmayıb.
Süni örtüklü meydanda keçirilmiş görüşdə Kazan komandasından qolları Vladimir Dyadyun 10-cu və 75-ci, Salomon Rondon isə 90-cı dəqiqədə vurub. Görüş sonrası mətbuat konfransında Berdıyev 5 oyunçunun yoxluğuna konkret səbəb açıqlamaqdan imtina edib: “Bizim həm zədəli, həm də süni meydanda oyuna çıxmamalı olan futbolçularımız var”.
Təcrübəli mütəxəssis Boketti və Roman Yeryomenkonun zədələrinin nə dərəcədə ciddi olduğunu da deməyib. “Onlar Bakıda “Neftçi”yə qarşı oynaya biləcəklərmi” sualına Berdıyev belə cavab verib: “Mən rəqiblərimizə əlavə informasiya verməmək üçün bu barədə danışmayacağam. Bəli, zədəlilərimiz var. Lakin onların Avropa Liqası matçına hazırlıq səviyyəsinə noyabrın 6-dan tez aydınlıq gəlməyəcək”.
Qeyd edək ki, noyabrın 8-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Rubin” matçı saat 21:00-da başlanacaq (Lent.az).
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə