Qurban Qurbanov: "Qələbədən başqa çıxış yolumuz yox idi"

Qurban Qurbanov: "Qələbədən başqa çıxış yolumuz yox idi"
XƏBƏR 4 Noyabr 2012 / 17:31 2352
-  A +

“Hər iki komanda qələbəyə layiq idi. AZAL bizim üçün çətin komandadır”.

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov rəqibin stabil oyun göstərdiyini qeyd edib:

“Qələbə qazanmaqdan başqa çıxış yolumuz yox idi. Bizim də oyunumuzda problemlər var, məşqçinin də əsas işlərindən biri bu problemləri aradan qaldırmaqdır. Çətin oyun olsa da, vacib üç xal qazandıq”.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının bu gün keçirilən 12-ci turunda "Qarabağ" AZAL-a 2:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?