"Turan"ın baş məşqçisi: "Simurq"la oynamaq bizə çətin idi"

XƏBƏR 4 Noyabr 2012 / 17:26 1864
-  A +

”Simurq” balanlaşdırılmış oyun tərzi ilə son 15 dəqiqədə fiziki cəhətdən üstün idi. Ehtiyatlı oynamağa, müdafiədə səhv buraxmamağa çalışdıq. Lakin bütün bunlara baxmayaraq, Rukavinanın səhvindən sonra qapımıza təyin olunmuş cərimə zərbəsindən hesab açıldı".

Qol.Az-ın məlumatına görə, bu barədə “Simurq”la oyundan sonra “Turan” klubunun baş məşqçisi Əfqan Talıbov bildirib.

Baş məşqçinin sözlərinə görə, komandası ikinci hissədə iki hücumçu ilə oyunlarını gücləndirib.

“Simurq”da yorğunluq hiss olunurdu. Bizim üçün “Simurq”la oynamaq çətin idi”.

Xatırladaq ki, "Turan" - "Simurq" matçı 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?