Çixradze: "Qırmızı vərəqələr oyunumuza təsir etdi"

XƏBƏR 4 Noyabr 2012 / 17:23 1781
-  A +

“Matça fərqli heyətlə çıxmışdıq. Həmişəki kimi oyunumuz çətin keçdi. İlk hissədə komanda yaxşı oynadı, standard vəziyyətdən gözəl qol vurduq. İkinci hissədə isə qapımızdan qol buraxdıqdan sonra müdafiəyə daha çox fikir verməyə başladıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze deyib.

Baş məşqçi futbolçularının qırmızı vərəqə almasının oyunlarına təsir etdiyini bildirib:

“Lakin futbolçularıma təşəkkürümü bildirirəm, sona kimi mübarizə apardılar və 1 xal qazandılar”.

Xatırladaq ki, "Turan" - "Simurq" matçı 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?