Kremldə idmanda korrupsiya ilə mübarizəyə yönəlmiş qanun layihəsi hazırlanıb. “Vedomosti” qəzetinin verdiyi məlumata görə, sənədi Dövlət Dumasına şəxsən Rusiya prezidenti Vladimir Putin təqdim edəcək.
Rəsmi yarışların nəticələrinə hüquqazidd müdaxiləyə qarşı qanun layihəsi “Bədən Tərbiyəsi və İdman haqqında” Qanuna düzəlişlərdən, habelə, inzibati hüquqpozmalar barədə Cinayət, Vergi Məcəllələri və Kodekslərdən ibarət olacaq. Oyunların nəticələrinə hüquqazidd müdaxilə yarışların iştirakçıları və təşkilatçılarının satın alınması, hər hansı digər vasitələrlə ədalətsiz mübarizəyə meyllilik, məsələn, danışığa getmə sayılacaq.
Danışılmış oyunların təşkilatçılarına 7 ilədək həbs cəzası, idmançılar və hakimlər üçün isə cərimələrin 300 min rubldan 1 milyon rubladək artırılması gözlənilir. Bu zaman hüquq-mühafizə orqanları belə işlərin araşdırılması zamanı dinləmə üsulundan istifadə imkanı əldə edəcəklər. Qanun layihəsi, həmçinin, danışılmış oyunun təşkilində və orada iştirakında günahı sübut olunmuş şəxslərin kənarlaşdırılması və diskvalifikasiyasını da nəzərdə tutur. O cümlədən, komandalar və ya federasiyalar da cəzaya məruz qala bilərlər.
Qanun layihəsində totalizatorlara da böyük diqqət ayrılacaq. İdmançılar, məşqçilər, hakimlər, federasiya nümayəndələrinə yalnız onlara heç bir aidiyyatı olmayan idman növlərinə pul qoyuluşu etmələri üçün icazə verilib. Bukmeykerlər yalnız pasportla pul qoyuluşlarını götürə və uduşları ödəyə biləcəklər. Böyük uduş təqdirində bukmeyker kontoru bu barədə vergi orqanlarına və həmin istiqamət üzrə idman federasiyasına məlumat verməlidir. Bu qaydaların pozulması təqdirində kontoru 1 milyon rubladək cərimə gözləyir (Lent.az).
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi