Azərbaycanın futbol üzrə ən titullu baş məşqçisi Ağasəlim Mircavadov Rusiyadan təklif alıb.
Bu haqda Lent.az-a 65 yaşlı mütəxəssisin özü məlumat verib. Mircavadov təklif aldığı klubun adını və qonşu ölkənin səviyyəcə hansı çempionatında çıxış etdiyini açıqlamayıb. 65 yaşlı mütəxəssis bildirib ki, məsələ həllini tapmayanadək danışmaq istəmir:
“Hazırda Rusiya çempionatı davam edir. Qış fasiləsi yarandıqdan sonra qonşu ölkəyə gedərək, danışıqlar stolu arxasında əyləşəcəyəm. Klub rəhbərliyində çalışanlarla yaxşı münasibətlərim var. Mənə təklif ünvanlayanlarla vaxtilə Ali Məşqçilik Məktəbində birgə təhsil almışam”.
Vaxtilə Mircavadov ailə məsələləri ilə əlaqədar xarici ölkədə işləməyə yollanmasının çətin olduğunu bildirib. Lakin indi o, Azərbaycandan kənarda işləməyə hazırdır: “Əvvəllər uşaqlar balaca idi, nəvələrimdən ayrılmaq mənə çətin görünürdü. Amma indi böyüyüblər, ona görə də özümü hər yerdə işləməyə hazır sayıram. Hətta məndən 7 yaş böyük olan Kazbek Tuayev də baş məşqçi işləməlidir. Ümumiyyətlə, təcrübəli mütəxəssislərə hər yerdə ehtiyac var”.
Qeyd edək ki, Ağasəlim Mircavadov 2010-cu ilin iyulunda “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra işsizdir. O, "Şəmkir"lə iki dəfə, "Qarabağ", "Neftçi", "Xəzər-Lənkəran" klublarının hər biri ilə bir dəfə ölkə çempionluğunu əldə edib. 2005 və 2008-ci illərdə "Neftçi" və "Xəzər-Lənkəran"a MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku yarışında qızıl medallar qazandırıb, 2008-ci ilin mayında “Şöhrət” ordeninə layiq görülüb.
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi