Premyer Liqada XII turun üç oyunu canlı yayımlanacaq

Premyer Liqada XII turun üç oyunu canlı yayımlanacaq
XƏBƏR 2 Noyabr 2012 / 15:46 2762
-  A +

Azərbaycan Premyer Liqasının XII turunun üç oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.

Qol.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, futbolsevərlər “Qəbələ” – “Neftçi”, “Qarabağ” – AZAL və “Turan” – “Simurq” oyunlarını  AzTV və “İdman Azərbaycan” kanalları vasitəsi ilə canlı izləyə biləcəklər.


3 noyabr (şənbə)

“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu, 15:00 (canlı, “İdman Azərbaycan”)


4 noyabr (bazar)

“Qarabağ” – AZAL
T.Bəhramov adına Respublika stadionu, 15:10 (canlı, AzTV)

“Turan” – “Simurq”
Tovuz şəhər stadionu, 14:30 (canlı, “İdman Azərbaycan”)

 


Son xəbərlər
09.08.25  20:57

"Milan"dan "Nyukasl"a

09.08.25  11:55

"Real"dan getdi