Azərbaycan Premyer Liqasının XI turunun “Turan”la səfər oyununda vurulan ilk qol “Rəvan” üçün tarixi əhəmiyyət kəsb edib.
Qol.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, serbiyalı futbolçu Nemanya Vidakoviçin 76-cı dəqiqədə vurduğu qol paytaxt təmsilçisinin Premyer Liqada rəqib qapılarından keçirdiyi 50-ci top olub.
Yubiley qolunun müəllifi olan 27 yaşlı hücumçu cəmi 4 dəqiqə sonra komandasının 51-ci qolunu da vurub.
Premyer Liqada 2-ci mövsümünü keçirən paytaxt komandası 50 qol həddinə 43-cü matçda çatıb. Bu isə komandanın iki mövsümdə orta məhsuldarlığının 1,19-a bərabər olduğunu göstərir.
Cari mövsümdə 12 dəfə rəqib qapılarına yol tapan “Rəvan”ın Premyer Liqadakı ilk qolu isə ötən il avqustun 6-da vurulub. Həmin gün “Kəpəz”lə Gəncədəki oyunun 37-ci dəqiqəsində Con Pelu tarixi qola imza atıb.
“Rəvan”ın Premyer Liqada qarşılaşıb, qol vurmadığı komanda yoxdur. AZAL və “Kəpəz” daha çox - 9, “Turan” isə 8 dəfə məyus edilib.
“Rəvan”ın Premyer Liqadakı bütün qollarını 16 futbolçu vurub. Onlardan başqa daha 1 top avtoqol hesabına qeydə alınıb. “Turan”la matçda dubla imza atan Vidakoviç ötən turdakı dublu hesabına klubun Premyer Liqada ən yaxşı bombardiri olub - onun hesabında 7 qol var.
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi