"Xəzər Lənkəran" "Rəvan"la 4-cü duelinə çıxacaq

"Xəzər Lənkəran" "Rəvan"la 4-cü duelinə çıxacaq
XƏBƏR 2 Noyabr 2012 / 11:44 1866
-  A +

“Xəzər Lənkəran” Azərbaycan Premyer Liqasının II dövrəsinə “Rəvan”la qarşılaşma ilə başlayacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, XII turda baş tutacaq qarşılaşma rəqiblər arasında 4-cü duel olacaq.

Əvvəlki matçlarda indiyədək qalib gələn olmayıb. Maraqlıdır ki, hər 3 matç eyni – 1:1 hesabı ilə başa çatıb. Lənkəran təmsilçisi bu dəfə ənənəni qırmağa çalışacaq.
 
Bütün oyunların Premyer Liqada keçirildiyi duellərdən ikisi ötən mövsüm, digəri isə cari mövsümün startına təsadüf edib. Bu qarşılaşmalarda 25 futbolçu “Xəzər Lənkəran”ın şərəfini qoruyub. Onlardan yalnız 5-i hər 3 qarşılaşmanın iştirakçısı olub. Adrian Pit, Eder Bonfim, Branimir Subaşiç, Rahid Əmirquliyev “Rəvan”a qarşı əvəzolunmadan oynayıblarsa, Elnur Abdullayev meydana çıxdığı 3 qarşılaşmada heç də həmişə heyətdə olmayıb.
 
Bu görüşlərdə komandanın qollarını Branimir Subaşiç, Rahid Əmirquliyev, Katalin Doman vurublar. Elə rəqib də hər matçda 1 qapıçını məyus edib: Kamal Bayramov, Kamran Ağayev, Orxan Sadıqlı hərəsi 1 oyunda 1 qola üzülüb. Bu matçlarda hakimlər futbolçulara 7 sarı vərəqə göstərib. 7 oyunçunun hərəsi 1 dəfə “fərqlənib”.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?