"Rabitə" İtaliya klubunu məğlub etdi

"Rabitə" İtaliya klubunu məğlub etdi
XƏBƏR 2 Noyabr 2012 / 00:22 1845
-  A +

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulub.

Qol.Az-ın məlumatına görə, turnirdəki təmsilçimiz "Rabitə" komandası doğma meydanda İtaliyanın “Villa Kortese” klubu ilə üz-üzə gəlib. 

Görüş "Rabitə"nin inamlı qələbəsi ilə başa çatıb. İlk setdə qələbə qazanan komandamız ikinci setdə üstünlüyünü əldən verib. Bundan sonra toparlanan "Rabitə" ardıcıl iki setdə qələbə qazanmaqla görüşdən qalib ayrılıb - 3:1.

Qeyd edək ki, qrupda keçirdiyi hər iki görüşü qalib başa vuran "Rabitə" 6 xalla turnir cədvəlinə başçılıq edir.

 

 

1 noyabr

B qrupu

“Rabitə” – “Villa Kortese” (İtaliya) - 3:1 (25:15, 22:25, 25:21, 25:22)


Son xəbərlər
09.08.25  20:57

"Milan"dan "Nyukasl"a

09.08.25  11:55

"Real"dan getdi