Azərbaycan Premyer Liqasının XI turu “Qəbələ” üçün uğursuz seriyaların qırılması ilə əlamətdar olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edən Ramiz Məmmədovun yetirmələri 6 oyunluq qələbə həsrətinə son qoyub.
Avqustun 26-da evdə “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub etdikdən sonra 66 gün idi ki, komanda qalib gəlmirdi. Bu müddətdə 3 heç-heçə edən komanda daha 3 qarşılaşmada uduzmuşdu.
Bu qələbə həm də mövsümdə ilk səfər qələbəsi olub. Ötən çempionatın mayın 11-də baş tutan son turunun oyunundan sonra “Qəbələ” rəqib meydanlarında 3 xal qazanmamışdı. “Neftçi” üzərindəki 1:0 hesablı qələbədən 173 gün sonra gələn uğuradək komanda səfərdəki 5 matçda 3 heç—heçə edib və 2 dəfə uduzmuşdu.
“Qarabağ” üzərindəki qələbə həm də Ramiz Məmmədovun baş məşqçi postuna qayıdışından sonra ilk belə uğur olub. Əvvəlki 4 matçda 3 heç-heçə və 1 məğlubiyyəti olan komanda yeni baş məşqçisinin ilkini gerçəkləşdirib. “Qəbələ” Məmmədovun rəhbərliyi altında son qələbəsini 2010-cu il mayın 1-də qazanmışdı. 2 il əvvəl “Bakı” üzərində 1:0 hesablı qələbədən sonra daha 2 oyun komandanı meydana çıxaran mütəxəssis həmin matçlarda və cari mövsümkü ilk 4 oyunundan sonra qələbəyə sevindi.
- Lakin “Qarabağ”la qarşılaşma təkcə bu məqamlarla əlamətdar olmayıb. Belə ki, paytaxtda baş tutan matçda klub tarixində 40-cı səfər qələbəsi gerçəkləşib. 121 dəfə rəqib meydanlarına çıxan komanda 26 dəfə Premyer Liqa, 5 dəfə Azərbaycan kuboku və 9 dəfə I dəstədə səfərdən 3 xalla dönüb.
- Bu il martın 7-də “Kəpəz”lə görüşündə 2:3 hesabı ilə uduzan “Qəbələ” 10 səfər matçı idi ki, 1-dən artıq qol vurmurdu. “Qarabağ”la matçda bu uğursuz seriya da qırılıb.
- 3 futbolçu “Qəbələ”nin heyətində yubiley oyununu keçirib. Aleksandr Çertoqanov 40, Kalabane Umar və Kelhar Dejan isə 10-cu dəfə komandanın heyətində meydana çıxıb.
- Bruno da Silva isə “Qəbələ”də 58-ci oyununu keçirib. Bu, yubiley olmasa da, legioner klub tarixində ən çox oynayan 10 futbolçu sırasına qoşulub. Hazırda Bruno 9-cu pilləyə şərik 3 oyunçudan biridir: Pavel Doroşev – 99, Abdulkader Kamara – 97, Azər Həşimov – 95, Lyubo Baranin – 90, Samir Zərgərov – 84, Əli İsmayılov – 82, Qoqa Beraya – 68, Vurğun Hüseynov – 67, Turnike Aptsiauri, Milan Antiç, Bruno da Silva – hamısı 58.
- Premyer Liqada 52-ci oyununa çıxan Bruno da, onun kimi 52-yə çatan Nodar Məmmədovla Yaşar Abuzərov da “Qəbələ” ilə çempionatda keçirdikləri oyun sayına görə ilk 10-luğa daxil olublar. Onlar hazırda 10-cu olan Kristian Torreslə 9-12-Cİ pillələrin şərikləridir: Pavel Doroşev – 90, Abdulkader Kamara – 88, Lyubo Baranin – 82, Samir Zərgərov – 69, Qoqa Beraya, Vurğun Hüseynov – hər ikisi 60, Milan Antiç – 54, Azər Həşimov – 53, Yaşar Abuzərov, Bruno da Silva, Kristian Torres, Nodar Məmmədov – hamısı 52.
- Yannik Kamanan isə “Qəbələ”nin heyətində - 25-ci Premyer Liqa matçına çıxıb.
- “Qarabağ”ın qapısından qol keçirən Luiz Paulo ilario “Qəbələ”nin formasında 11-ci qolunu vurub. O, klub tarixinin ən yaxşı bombardirləri siyahısında 6-cı olan Rəşad Yusubova çatıb: Rövşən Əhmədov – 20, Kənan Kərimov – 18, Deon Barton – 15, İbrahim Hüseynov, Vitali Balamestnı – hər ikisi 12, Luiz Paulo Hilario, Rəşad Yusubov – hər ikisi 11, Samir Zərgərov, Viktor Mendi, Yannik Kamanan – hamısı 10.
- “Qəbələ”dəki 11 qoldan 10-nu Premyer Liqada vuran Luiz çempionatda ən azı 10 qol vuran 5-ci futbolçu olub: Deon Barton – 15, Kənan Kərimov, Vitali Balamestnı – hər ikisi 11, Luiz Paulo Hilario, Yannik Kamanan – hər ikisi 10.
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video
“Son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı”
"Mançester Siti" İngiltərə Liqa kubokunu qazandı
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Azərbaycan millisinin məşqindən - Şəkillər
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"