Azərbaycan Premyer Liqasında IX turun oyunları qapıçılar üçün uğursuz alınıb.
Belə ki, I dövrənin son turunda 12 klubdan hamısı qol sevinci yaşayıb. Bu isə o deməkdir ki, heç bir çərçivə qoruyucusu qapısını toxunulmaz saxlaya bilməyib. Hər komandanın həm qol vurub, həm də qol buraxması isə nadir hadisələrdən sayılır. Düzdür, cari mövsümdə artıq 1 dəfə belə hal qeydə alınıb. Lakin həmin vaxt indiki kimi 12 deyil, 10 komanda meydanı qolsuz tərk etməyib. Bu, ilk turda yaşanmışdı. Həmin vaxt “Neftçi” ilə “Bakı” arasında paytaxt derbisi təxirə salındığından yalnız 10 komanda turda meydana çıxmışdı. Premyer Liqanın 12 klubunun hamısının fərqlənməsinə isə mövsümdə ilk dəfə məhz XI turda təsadüf olundu.
12 komandanın hər birinin fərqlənməsi isə ümumi məhsuldarlığa da təsir edib. Turun 6 qarşılaşmasında 19 qol vurulub. Bununla da III və V turlarda qeydə alınan 17 qolluq rekord qırılıb. Bu dəfə 2 qol artıq vurulub.
Lakin qol sayındakı mütləq rekord və ilk dəfə 12 komandanın qol sevinci yaşaması orta məhsuldarlıqda ən yüksək hədd deyil. Belə ki, cəmi 4 matın keçirildiyi IV tur orta hesabla hər oyuna 3,5 qolun vurulması ilə əlamətdar olmuşdu. Mövsümdə 2-ci dəfə 3-dən yüksək olan məhsuldarlıq bu dəfə 3,17-yə bərabər olub. Tur Oyun Qol Orta 1 5 13 2,60 2 6 11 1,83 3 6 17 2,83 4 4 14 3,50 5 6 17 2,83 6 5 13 2,60 7 5 7 1,40 8 6 10 1,67 9 6 12 2.00 10 6 7 1,17 11 6 19 3,17 Cəmi 62* 142* 2,29
məhsuldarlıq
* - 2 qolun vurulduğu daha 1 oyun təxirə salınıb sonradan keçirildiyindən heç bir tura daxil edilməyib.
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı