Qurban Qurbanov: "Komandada ciddi problemlər var"

Qurban Qurbanov: "Komandada ciddi problemlər var"
XƏBƏR 31 Oktyabr 2012 / 18:43 2615
-  A +

"Komandada ciddi problemlər var. Bütün bunlar göz qabağındadır, bunu danmaq olmaz. Təəssüf ki, bu gün oyunumuz alınmadı. Daha doğrusu, rəqib istədiyimiz oyunu sərgiləməyə imkan vermədi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Qəbələ" ilə oyundan sonra (1:2) keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanov görüşlər bağlı daha sonra bunları bildirib: "Rauf Əliyevin hücumun sivri ucunda oynamasını planlaşdırmışdıq. Ancaq rəqib buna imkan vermədi, Rauf tez-tez topu almaq üçün meydanın mərkəzinə qədər geri çəkilirdi. Problemləri konkret kiminsə üstünə atmaq düzgün olmazdı. Bu, bütün kollektivin xətasıdır.

Elnur Abdulov və bir neçə gənc futbolçu məşqlərdə özlərini yaxşı tərəfdən göstərdikləri üçün start heyətdə yer almışdılar. Əvəzetmələrə gəlincə, meydana sonradan çıxanlar yaxşı oynamadılar. Meydana girdikləri yalnız ilk 15 dəqiqədə nəsə etməyə çalışdılar”.


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?