Zaur Əzizov: "Üç xalı layiqli oyunla qazandıq"

Zaur Əzizov: "Üç xalı layiqli oyunla qazandıq"
XƏBƏR 31 Oktyabr 2012 / 17:21 1761
-  A +

“Qəbələ” Ramiz Məmmədovun rəhbərliyi altında ilk qələbəsini qazandı. İnanıram ki, bu görüşdən sonra komandamız qələbə seriyasını davam etdirəcək. İlk hissədə komandamız çox yaxşı oynadı. İkinci yarıda bir qədər tempi aşağı salmaqları baş məşqçinin tapşırıqlarına əsasən olmuşdu.

Bu sözləri Qol.Az-a açıqlamasında “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov “Qarabağ”la oyundan sonra deyib.

Əzizov "Qəbələ"nin bu gün “Qarabağ” üzərində qələbə qazanacağına inandığını bildirib: "Hazırda hər şeydən vacib olan qələbə qazanmağımızdı. Çünki qalib gəlməklə komandanı uğursuzluq zolağından çıxartmaq lazım idi. Biz üç xalı layiqli oyunla qazandıq. "Turan”la oyundakı uğursuzluqdan sonra məşqçilər korpusunun bu görüşdə futbolçuları qələbəyə kökləyəcəyinə inamımız, ümidimiz böyük idi. Komandaya lazımi anda qələbə qazandıqları üçün təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Premyer Liqanın XI turu çərçivəsində səfərdə "Qarabağı"ın qonağı olan "Qəbələ" rəqibini 2:1 hesabı ilə məğlub edib.

Son xəbərlər