Azərbaycan Taekvondo Federasiyasında (ATF) yeni təyinat gerçəkləşib.
Federasiyanın I vitse-prezidenti Füzuli Musayevin Lent.az-a verdiyi məlumata görə, Nağı Səfərov vitse-prezident vəzifəsinə təyin olunub.
O bildirib ki, əvvəllər qurumda məsul katib postunu tutmuş Səfərov bundan sonra ATF-dəki işlərlə birbaşa məşğul olacaq. Musayev isə Fövqəladə Hallar Nazirliyi (FHN) İdman Klubunun rəisi kimi təkcə taekvondo deyil, boks, güləş, cüdo, atletika növləri üzrə idmançı hazırlığına nəzarət edəcək:
“Mən federasiyanın I vitse-prezidenti vəzifəsində qalıram. Amma əsas işim FHN-in idman klubu ilə bağlı olacaq. Bu yaxınlarda start götürəcək boks üzrə Azərbaycan çempionatında 10 çəki dərəcəsindən 9-da təmsil olunacağıq. Boksçularımıza hazırlıq üçün Taekvondo Mərkəzində yer verilib. Eyni zamanda, bir neçə güləşçi müraciət edərək, klubumuzu təmsil etmək istədiklərini bildirib. Onlar öz çəki dərəcələrində hazırda bir nömrəli deyillər və elə də tanınmırlar.
İstəyirik ki, yüksək səviyyəli hazırlıq keçərək, uğurlu çıxışları ilə klubumuzu təmsil etsinlər. Klubumuzun nəzdində taekvondo bölməsi də var. K-1 döyüşləri üzrə tanınmış idmançı Pərviz Abdullayev də bundan sonra bizim klubu təmsil edəcək. Voleybol və futzal bölmələri açmaq da planımızdadır. İnşallah, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına yüksək səviyyəli idmançılar hazırlayacağıq”.
Maddi-texniki bazaya gəlincə, Musayevin sözlərinə görə, hazırda Bakının Hövsan qəsəbəsində tikilən FHN-in Akademiyasının yanında böyük idman qurğusu da tikilir. Bu qurğu bir ilədək hazır olacaq.
Nağı Səfərov isə Lent.az-a açıqlamasında bildirib ki, ATF-də beynəlxalq məsələlər üzrə vitse-prezident vəzifəsinə təyin olunub: “Füzuli Musayevin FHN-in idman klubunda işləri çoxalıb. Digər vitse-prezident Aydın Əliyev isə Dövlət Gömrük Komitəsinin sədridir. Bu səbəbdən, mənə federasiyada daha məsul vəzifə həvalə edilib. Amma əsas işim beynəlxalq məsələlərlə bağlı olacaq”.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda